|
Əvəzedicilərin oyunu təxirə salındı
"Neftçi" və "İnter"in əvəzedici komandaları arasında oktyabrın 24-də keçirilməli olan oyun təxirə salınıb. Buna səbəb "Neftçi"nin 5 futbolçusunun Azərbaycanın 19 yaşınadək yığma komandasının heyətində Macarıstanda keçirilən Avropa çempionatının seçmə mərhələsində iştirak etməsidir.
|